İranda gündəlik ölü sayı 50-dən aşağı düşdü

İranda gündəlik ölü sayı 50-dən aşağı düşdü
  03 May 2020    Oxunub:3540
İranda son sutka ərzində daha 976 nəfərdə koronavirus aşkarlanıb, bununla da ölkədə ümumi yoluxma sayı 97 min 424-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, son iki ayda ilk dəfə olaraq sutka ərzində 47 nəfər vəfat edib. Ümumilikdə isə ölənlər 6203, sağalanlar isə 78 min 422 nəfərdir.

Sonuncu dəfə martın 9-da virusa yoluxmadan ölənlərin ən aşağı statistikası 43 nəfər qeydə alınmışdı.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti