İranın 132 şəhərində məscidlər açılır

 İranın 132 şəhərində məscidlər açılır
  03 May 2020    Oxunub:3681
Gələn həftənin bazar ertəsindən etibarən İranın 132 şəhərində məscidlərin fəaliyyəti bərpa ediləcək.

Azvision.az xəbər verir ki, bu barədə İran Prezidenti Həsən Ruhani koronavirusla mübarizə üzrə milli qərargahda keçirilən görüşdə deyib. Onun sözlərinə görə, yeni növ koronavirusa yoluxma riski az olan şəhərlərdə dini mərkəzlərin açılması qərara alınıb.
İran Prezidenti əlavə edib ki, artıq 78 milyondan çox insan koronavirus testindən keçib, daha 30 milyon insanın sınaqdan keçiriləcəyi gözlənilir.

Ölkənin Səhiyyə Nazirliyi isə koronavirus xəstəliyinə yoluxanların 80%-nin sağaldığını və xəstəxananı tərk etdiyini bəyan edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Koronavirus   Məscid  





Xəbər lenti