Bu gün Rumıniyanın Ali Kasasiya məhkəməsi ölkənin sabiq Baş naziri Adrian Nestaseni korrupsiya əməli və şantaj ittihamı ilə 4 illik həbs cəzasına məhkum edib. AzVision.az APA- ya istinadən xəbər verir ki, А. Nestase Çindən ixrac edilmiş qiyməti 630 min avroya yaxın malı qanunsuz olaraq mənimsəməkdə günahlandırılıb. Bundan başqa, A.Nestase istintaqda ona qarşı şahid qismində çıxış etmiş Rumıniyanın Honkonqdakı konsulunu təhdid etməkdə ittiham olunub. 2013-cü ildə vaxtından əvvəl şərti olaraq azadlığa buraxılan A.Nestase yenidən həbsxanaya qayıtmaq məcburiyyətindədir. A.Nestase 2001-2004-cü illərdə Rumıniya hökumətinə rəhbərlik edib. 2006-cı ildə parlamentin spikeri və Sosial-Demokrat partiyasının sədri postlarını tərk etməli olub.