Türkiyədə gələn aydan məktəblər açılacaq

Türkiyədə gələn aydan məktəblər açılacaq
  03 May 2020    Oxunub:3510
Türkiyədə məktəblər iyun ayının 1-dən fəaliyyətə başlayacaq.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Bildirilir ki, ilk olaraq 8 və 12-ci sinif şagirdləri üçün tədris bərpa olunacaq. Lakin bu sinif şagirdləri imtahan verməyəcək, eyni zamanda dərsə davamiyyət məcburi olmayacaq. Plana əsasən Türkiyədə dərslər mərhələli olaraq açılacaq.

Qeyd edək ki, Türkiyədə koronavirus səbəbilə martın 16-də məktəblər bağlanmışdı.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Türkiyə   Məktəb   Təhsil  





Xəbər lenti