Conson oğluna onu xilas edən həkimlərin adını qoydu

 Conson oğluna onu xilas edən həkimlərin adını qoydu
  02 May 2020    Oxunub:5096
Böyük Britaniyanın Baş Naziri Boris Conson yeni dünyaya gələn oğluna onu koronavirusdan müalicə edən həkimlərin adını qoyub.
Azvision.az xəbər verir ki, bu barədə Baş Nazirin sevgilisi Kerri Saymonds "İnstagram" hesabında yazıb.

O bildirib ki, övladının adı Uilfred Lori Nikolasdır. Uilfred adını Baş Nazirin babasının, Lori adını öz babasının, Nikolas adını isə Consonu koronavirusdan sağaldan iki həkimin şərəfinə veriblər.

"London Universitet Kollecində Milli Səhiyyə Xidmətindəki heyrətamiz komandaya təşəkkür edirəm ki, onlar bizə belə qayğı göstərdilər. Bundan daha xoşbəxt ola bilməzdim. Mənim ürəyim sevgi ilə doludur",- deyə Saymonds yazıb.

Qeyd edək ki, cütlüyün övladı aprelin 29-da dünyaya gəlib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: BorisConson  





Xəbər lenti