İran ABŞ helikopterlərinin uçmasına icazə verməyəcək

İran ABŞ helikopterlərinin uçmasına icazə verməyəcək
  02 May 2020    Oxunub:3233
"Tehran ABŞ helikopterlərinin Fars körfəzindəki neft qurğularının üzərindən uçmasına icazə verməyəcək".
Azvision.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandiri Əlirza Tanqsiri bildirib.

"Amerikalıların bizim balıqçılıq gəmilərimizi yoxlamasına və ABŞ helikopterlərinin bölgədəki neft qurğularımızın üzərindən uçmasına səbr edə bilmərik",- deyən komandir əlavə edib ki, Fars körfəzi İranın evi sayılır və buna görə münaqişə yaratmaq niyyətində deyillər.

"Amerikalıların getməsi ilə bölgə problemlərdən azad olacaq və Fars körfəzində təhlükəsizlik yaranacaq".

Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci donanmasının mətbuat xidməti aprelin 15-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi gəmilərinin Fars körfəzindəki bir neçə ABŞ gəmisi yaxınlığında təhlükəli manevrlər etdiyi barədə məlumat yayıb. Bundan sonra ABŞ Prezidenti Donald Tramp Amerika gəmilərinə mane olacaq istənilən İran gəmisinin vurulması əmrini verib.

İran İnqilabı Keşikçiləri Korpusunun komandanı, briqada generalı Hüseyn Salami isə öz növbəsində bildirib ki, İran Silahlı Qüvvələri ölkənin təhlükəsizliyini təhdid edən ABŞ gəmilərinə hücum edəcək.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   ABŞ  





Xəbər lenti