Amerikalı professordan koronavirusla bağlı yeni proqnoz

Amerikalı professordan koronavirusla bağlı yeni proqnoz
  02 May 2020    Oxunub:4081
Koronavirus pandemiyasının ikinci dalğası qrip virusu ilə eyni zamanda gələ bilər.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bunu amerikalı mütəxəssis, professor Qreq Poland deyib.

Onun sözlərinə görə, həm COVID-19 xəstəliyi, həm də qrip virusunun eyni anda yaşanması insanların səhhətlərinə mənfi təsir edəcək və ölüm faizləri yüksələcək.

Koronavirusun hazırda nəzarət altında olduğu düşünülsə də, ikinci dalğa ehtimalı tez-tez qeyd edilir.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Mübarizə Mərkəzlərinin (CDC) araşdırmasına əsasən, 1960-ci illərdə meydana gələn korona ailəsinə daxil olan viruslara yoluxma yaz və payız aylarında çoxalır. Qreq Poland COVID-19 virusunda buna oxşar hadisələrin ola biləcəyini vurğulayıb.

“Donuz qripi” 2009-cu ilin yazında peyda olmuş, payız fəslində isə ikinci dalğası baş vermişdi.

Minnesota Universitetinin Yoluxucu Xəstəliklər Araşdırma Mərkəzi isə COVİD-19 virusunun yaxın vaxtlarda bitməyəcəyi, hələ 18-24 ay çəkə biləcəyi iddiası ilə çıxış edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: ABŞ   Koronavirus  





Xəbər lenti