Gürcüstanda COVİD-19-a yoluxma sayı artdı

Gürcüstanda COVİD-19-a yoluxma sayı artdı
  02 May 2020    Oxunub:3187
Gürcüstanda koronavirusa yoluxanların sayı 582 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı rəsmi saytda məlumat verilib.

Qeyd olunub ki, bu günədək ölkədə virusa yoluxanlardan 207 nəfər sağalıb, 8 xəstə həyatını itirib. Hazırda karantin rejimində 5025, stasionar nəzarət altında isə 540 nəfər var.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti