Koronavirusa yoluxanların sayı 3,4 milyonu keçdi - STATİSTİKA

 Koronavirusa yoluxanların sayı 3,4 milyonu keçdi -  STATİSTİKA
  02 May 2020    Oxunub:6103
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 3 milyon 401 min 394 nəfərə çatıb.
Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 239 min 615 nəfərdir. İndiyədək 1 milyon 83 min 816 nəfər xəstəlikdən sağalıb.

Koronavirusa ən çox yoxulma faktı ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 1 milyon 131 min 492 nəfərdə virus aşkarlanıb. Xəstələrdən 65 min 776 nəfəri ölüb. Son 12 saat ərzində 462 yeni yoluxma, 23 ölüm baş verib.

İkinci yerdə İspaniyadır. Bu ölkədə 242 min 988 nəfər virusa yoluxub. Onlardan 24 min 824 nəfəri dünyasını dəyişib. Yeni yoluxm və ölümə rast gəlinməyib.

Üçüncü yerdə qərarlaşan İtaliyada 207 min 428 yoluxma halı baş verib. Xəstələrdən 28 min 236 nəfəri vəfat edib.

Dördüncü yerdə Böyük Britaniya gəlir. Krallıqda 177 min 454 nəfər virusa yoluxub, onlardan 27 min 510 nəfəri ölüb.

Beşinci sırada Fransadır. Burada 167 min 346 nəfər koronavirusa yoluxub, 24 min 594 nəfər ölüb.

Altıncı pillədə qərarlaşan Almaniyada 164 min 77 koronavirusa yoluxmuş şəxs qeydə alınıb. Bu ölkədə virusdan ölənlərin sayı 6 min 736 nəfərə çatıb.

Yeddinci sırada gələn Türkiyədə 122 min 392 yoluxma faktı təsdiqlənib. İndiyədək 3258 nəfər vəfat edib.

Səkkizinci sırada olan Rusiyada 114 min 431 nəfər virusa yoluxub, 1169 xəstə dünyasını dəyişib.

İran 95 min 646 yoluxma sayı ilə 9-cu sıradadır. Xəstələrdən 6 min 91 nəfəri vəfat edib.

Siyahıda 10-cu yerdə qərarlaşan Brazilyada 92 min 202 nəfər koronavirusa yoluxub. 6 min 412 daşıyıcı dünyasını dəyişib. Son sutkada 93 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti