Rusiyada son sutkada rekord sayda yoluxma qeydə alındı

 Rusiyada son sutkada rekord sayda yoluxma qeydə alındı
  01 May 2020    Oxunub:2579
Rusiyada son sutka ərzində koronavirusa rekord sayda – 7933 yoluxma halı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin operativ qərərgahı məlumat yayıb.

Qeyd edilib ki, ümumi yoluxma sayı 85 region üzrə 114 431-ə yüksəlib. Yoluxanların demək olar ki, 45 faizində simptomlar özünü büruzə verməyib. 96 nəfəri son sutkada olmaqla, ümumilikdə xəstəlikdən 1169 nəfər ölüb.

Sağalanların sayı 13 220 nəfərdir. Gün ərzində 1601 nəfər xəstəxanadan evə buraxılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti