Almaniyada koronavirusa yoluxanların sayı 160 mini ötüb

Almaniyada koronavirusa yoluxanların sayı 160 mini ötüb
  01 May 2020    Oxunub:2212
Almaniyada koronavirusa yoluxanların sayı 160 min 758 nəfərə yüksəlib.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox institutu məlumat yayıb.

Son sutka ərzində xəstəlikdən 193 nəfər ölüb, ümumi qurbanların sayı 6481-dir. Son sutkada 1639 yoluxma halı qeydə alınıb.

Ən çox infeksiya Bavariya (42 489), Şimali Reyn-Vestfaliya (33 058) və Baden-Vürttemberq (31 919) bölgələrində aşkar edilib. Berlində, COVID-19 infeksiyası ilə bağlı 5887 hadisə qeydə alınıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Alamaniya   Koronavirus   Covid-19  





Xəbər lenti