Qazaxıstan neft hasilatını azaldır

Qazaxıstan neft hasilatını azaldır
  01 May 2020    Oxunub:2215
Qazaxıstan OPEC + sazişi çərçivəsində 2020-ci ilin may və iyun aylarında neft hasilatını azaltmağa başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb. Bildirilib ki, Qazaxıstanın orta, iri və nəhəng yataqlarında hasilat azaldılacaq.

"İstehsalın məhdudlaşdırılması orta, iri və nəhəng yataqlar kateqoriyasına aid yataqlara şamil olunur. Göstərilən hasilatın azaldılmasına kiçik yataqlar daxil deyil", - məlumatda vurğulanıb.

Qeyd edək ki, dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşmasından sonra OPEC + ölkələri hasilatın azaldılması ilə bağlı razılığa gəliblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qazaxıstan   Neft   Hasilat  





Xəbər lenti