Fətullah Gülənin Abdullah Gülə məktubu - TAM MƏTN

Fətullah Gülənin Abdullah Gülə məktubu - TAM MƏTN
  06 Yanvar 2014    Oxunub:1181
AzVision.az xəbər verir ki, Türkiyədə “17 dekabr” hadisələrindən sonra Rəcəb Təyyib Ərdoğan Fətullah Gülənin onlara barışıq məktubu göndərdiyini, lakin qəbul etməiyini açıqladı. F. Gülənsə bunu təkzib etdi.

Lakin Ərdoğanın 47 jurnalist və vətəndaş cəmiyyəti nümayəndələri ilə Dolmabaxçadakı görüşündə açıqladığı və herkul.org saytında bir bölümü yayımlanan Fətullah Gülənin prezident Abdullah Gülə yazdığı məktubun tam mətni ortaya çıxıb.

Publika.Az türk mediasına istinadən xəbər verir ki, “Zaman” qəzetinin keçmiş sahibi Alaeddin Kaya və yazar Fehmi Koru vasitəsilə Gülə göndərilən və Ərdoğanın da oxumasının istənildiyi məktubun üzərində 22 dekabr 2013-cü il tarixi var. Gülənə bağlı olan Jurnalistlər və yazarlar Dərnəyinin (GYV) loqosu olduğu məktub 2 səhifədən ibarətdir. Məktub Gülənin imzası ilə göndərilib.

Həmin məktubun tam mətnini təqdim edirik.

“22 dekabr 2013-cü il, Pensilvaniya
Hörmətli Prezidentim,
Əziz dost, qiymətli insan,
Hörmətli Abdullah Gül bəyəfəndiyə

Ən içtən hörmətlərimizi ərz edər, könüldən salamlarımla həmişə sağlam olmağınızı dilərəm.
Ölkəmizin və millətimizin sakitliyini pozan bir hadisənin zati-alinizi nə qədər üzdüyünü/üzəcəyinin fərqində olaraq, eyni üzüntünü paylaşdığımı ifadə etmək istəyirəm.

Başqaları “Xidmət”, “Hərəkat”, “Camaat” və ya “Camiə” kimi fərqli adlarla adlandırsalar da, əslində hər cür, hər anlayış, hər rəng və hər naxışdan olan insanın (məsciddə bir araya gəlib bərabər səf tutan insanların misli) bir amal uğrunda birləşməsinin təmizlənmiş ruhların fəaliyyətlərinin və müəssisələrinin hədəf alınması qarşısında çox üzülürəm.

Dərshanələr məsələsinin müzakirə edildiyi ilk günlərdə hörmətli Baş nazirimizə müxtəlif vasitələrlə ifadə edildi: millətimiz üçün faydalı gördüyümüz müəssisələrin bağlanmaması və mövcud olan halda missiyalarını davam etdirməsi arzusunda olduğumuzu özünə çatdırdıq. Bu hərəkatın könüllülərinin ümumi və sosial media vasitəsilə əlimizdən gəldiyi qədər nəzakət çərçivəsində ona dediyimiz ictimaiyyətə məlumdur. Bu xüsusda qanunlar çərçivəsində hüquq üzrə hərəkət edilməsinin lazım olduğunu düşünürəm. Zamanla ictimai həyatda içində bir çox insanın hadisəyə daxil olması nəticəsində təəssüf ki, nəzakət ölçülərini aşan bir üslub ilə çox çirkin qarşılıqlı ittihamların gündəmdə olması səbəbindən ağıllı şəxslərin bunun qarşısına keçməsinin lazım olduğunu xüsusi olaraq qeyd edirəm. Xüsusilə bir qism media orqanlarının qara propaqanda hesab edilə biləcək məlumatlarına son verilərsə, dost və yoldaşlarımın da sükutu seçəcəklərinin qənaətindəyəm. Mənim də bu məsələnin qarşısı almaq üçün əlimdən gələni edəcəyimi bilməyinizi istəyirəm. Davamlı olaraq çirkin şeylər nəşr edən o nəşriyyatın da dayanması üçün zati-alinizin də ciddi addımlar atacağınıza, yenidən ağıllı hərəkətlə edilməsini təmin edəcəyinizə inanıram və sizdən bunu səmimiyyətlə xahiş edirəm.

Möhtərəm əfəndim.
Dövlətin qanun çərçivəsində görülən işlərində əmir vermə, müdaxilə etmə və ya məmurların bir istiqamətə sövq etmə kimi hərəkətlər etmədiyim zati-alinizə məlumdur. Bununla birlikdə, söhbətlərimdə gərginliyin azaldılması üçün dost, davamçı və sevənlərimizə tövsiyə etməyimin faydalı olacağı düşüncəsinə maliksinizsə, bu məsələdə əlimdən gələni ortaya qoymağa hazıram.

Medianın təqib etdiyi qədəri ilə, ictimaiyyətin də bildiyi hüquq çərçivəsində bir tərəfdən vəzifəlilər qanuna uyğun olaraq işlərini yerinə yeritərək günahkarların tapılaraq məsuliyyətə cəlb edilməsinə çalışırlar. Digər tərəfdən, bu məsələdə sadəcə vəzifələrini yerinə yetirməklə məşğul olan və ya nəsə etməsə də müxtəlif bölgələrdə olan bəzi şəxslər haqqında əməliyyat keçirilir. Qanunların göstərildiyi çərçivədə vəzifələrini qanun uyğun yerinə yetirən məmurun sırf bəlli bir səbəbdən qarşısının alındığı maneələr yaradıldığı və hətta heç bir əlaqəsi olmadığı halda yenə eyni səbəblə təmizləmə işlərinin apardılığını hədərlə izləyirəm.
Dövlət məmurlarının üzərlərinə gedərək onları vəzifələrini yerinə yetirməsinə mane olmaq və məsum vətən övladını sadəcə bəlli bir səbəbdən təmizlənməsinə biz sussaq hesab edirəm ki, vicdan susmayacaq.

Hörmətli Prezidentim.
Bundan başqa ictimai sektorda ciddi bir ayrı-seçkilik edildiyi deyilir. İndi də əvvəllər olduğu kimi bəzi insanlar haqqında “Bu camaatdandır, təriqətdəndir: bu dərshanəyə getmiş, bu məktəbdən məzun olnmuş” deyilərək işləməyə mane olduqları da bildirilir. Bu haqsız yanaşmanın sadəcə ümumi müdir, müdir və ya polis rəisi ilə də bitmədiyi, ta məmurlara qədər gedib çıxdığı haqqında məlumatlar var. İndiyə qədər həyatın müxtəlif anlarında təkcə “filan yerə gedən, filan kəsin adamı” kimi qəbul edildiyi üçün yanıma çox insanın göz yaşı tökdüyünün şahidi oldum. Lakin mən bunları heç dilə gətirmədiyim kimi o insanlara da səbirli olmalarını tövsiyə etdim. Bəlli bir yerə bağlı olduğu əsas gətirilərək qarşısı alınan bu vətən övladları yaxın çevrələrə, ərki çatan şəxslərə də dərdlənərək hislərini danışır, içlərini tökürlər. Bu ölkənin öz övladı, məsum Anadolu insanlarının bir qismi qara siyahılara salınmasına və önlərinin kəsilməsinə artıq bütünlüklə son verilməsi düşüncəsindəyəm.

Dünyanın dörd bir tərəfinə yayılmış və Allah adamı, zati-dövlətləriniz kimi qiymətli dostların yardım və himayəsi ilə sürəkli genişlənən xidmət hərəkatının təəssüf ki, önünü kəsməyə çalışanların olduğu aşkar formada özünü göstərir. Bu yaraşmayan maneələr hərəkatın böyüməsi və genişlənməsi ilə paralel olaraq artdığı görünür. Süleyman Əfəndinin tələbələrinin, İlim Yayma Cəmiyyətinin, Mənzil mənsublarının və digərlərinin də eyni münasibətə məruz qalmayacağına necə zəmanət verilə bilər?!

Qiymətli əfəndim,
Göndərdiyiniz qiymətli qonağın dedikləri məsələləri diqqətə alaraq, ifadə etməliyəm ki, dünən harda idiksə, bu yaxınlaşan seçkidə də eyni yerdə və cərgədə dururuq. Dialoqa hər zaman açıq olduğumuzu, zati-alinizin və hörmətli Baş nazirimizin ortaq mövqelərini mövqeyimiz sayacağımızı da bildirmək istəyirəm. Mübahisəli olan məsələlərin hörmətli Baş nazirimizlə də paylaşmanızı arzu edirəm.

Həyatını dininə, millətinə və insanlığa verməyə çalışan bir qardaşınız olaraq bütün səmimiyyətimlə ifadə etməliyəm ki, həmişə sülh və sakitliyin, birlik və ittifaqın yanında yer almağa, Fakirə (özünü nəzərdə tutur-red) sevgi duyanları da bu yöndə təşviq etməyə çalışdım. Gözümdə axirətin yaxın olduğu bu yaşımdan sonra da başqa bir istəyim, düşüncəm və əməlim olmaz. Dövlət böyüklərimizin uzadacaqları dostluq əllərini mütləq tutacağımızı, bizə qarşı səmimiyyətlə atılan hər addıma- xüsusilə əxlaqa söykənən- ona qatı ilə cavab verəcəyimizə, yoldaşlarımıza, dostlarımıza və sevənlərimizə tövsiyə edərək sakitliyin təmin edilməsi üçün əlimizdən gələni etməyə çalışacağımızı və hər zaman sülhün təkipçisi/dəstəkçisi olacağımızı ərz edirəm.

Bu vəsilə ilə zati-alinizə, hörmətli Hayrunissə Xanım əfəndiyə və səadətli ailənizin digər üzvlərinə salam və hörmətlərimi çatdırıram.

M. Fətullah Gülən”.


Teqlər:





Xəbər lenti