İranda koronavirusdan ölənlərin sayı 6 mini ötdü

 İranda koronavirusdan ölənlərin sayı 6 mini ötdü
  30 Aprel 2020    Oxunub:2645
İranda son sutka ərzində 983 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bununla da ölkədə virusa yoluxanların sayı 94 640-a çatıb. Koronavirus qurbanlarının sayı isə 71 nəfər artaraq 6028-ə yüksəlib. Xəstələrdən 75 103-ü sağalıb, 2976 nəfərin vəziyyəti ağırdır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   virus  





Xəbər lenti