Suriyada qaçırılan türk jurnalist azadlıqda – FOTO, VİDEO
06 Yanvar 2014
Oxunub:1209
Suriyada qaçırılan türkiyəli fotoreportyor Bünyamin Aygün azadlığa buraxılıb. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, son günlər bölgədə qruplaşmalar arasında güc nisbəti dəyişdiyindən, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı 40 gün əvvəl qaçırılan fotomüxbirin azad edilməsi üçün fəaliyyətə başlayıb. Təşkilatın xarici əməliyyatlar idarəsinin əməçkdaşlarından ibarət 8 nəfərlik qrup bu axşam Suriya sərhədini keçərək, 20 kilometr irəliləyib və Bünyamin Aügünü təhvil alıb. Fotoreportyor və onu gətirməyə gedən qrup artıq Türkiyədədir.
“Milliyət” qəzetinin məkdaşının azad edilməsi ilə bağlı ilk açıqlama baş nazir Rəcəb Tayyib Ərdoğandan gəlib. O, Yaponiyaya səfərindən əvvəl keçirdiyi brifinqdə bildirib ki, Bünyamin Aygünün azad edilməsi an məsələsidir.
Qeyd edək ki, Suriya iki ildir dünyanın jurnalistlər üçün ən təhlükəli ölkəsi elan edilir. Jurnalistlərin Müdafiəsi Komitəsinin hesablamalarına görə, ötən il bu ölkədə peşə borcunu yerinə yetirərkən 28 reportyor öldürülüb, 60-ı qaçırılıb. Qaçırılan jurnalistlərdən yarısı hələ tapılmayıb.