YAP-ın təşkilatçılığı ilə videokonfrans keçirilir

  29 Aprel 2020    Oxunub : 2849
YAP-ın təşkilatçılığı ilə videokonfrans keçirilir
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "Koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan modeli" mövzusunda videokonfrans keçirilir.
Azvision.az xəbər verir ki, bu barədə deputat Kamal Cəfərov bildirib.

Onun sözlərinə görə, konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə koronavirusa qarşı mübarizə sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər, o cümlədən sosial-iqtisadi paket müzakirə edilir.

Onlayn müzakirədə Milli Məclisinin deputatları Ramin Məmmədov, Ramil Həsən, Könül Nurullayeva, Şahin İsmayılov, Şahin Seyidzadə, o cümlədən YAP Gənclər Birliyinin sədri Seymur Orucov, ARGTMŞ-nın sədri Məryam Məcidova, "ASAN Könüllüləri" Gənclər Təşkilatının sədri Səbinə Cabarova, "CAVAN" Gənclər Hərəkatı İB-nin nümayəndəsi Murad Ağabəyli və YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri Ramil Vəlibəyov iştirak edir.

Azvision.az

Teqlər: YAP   Gənclər   Video-konfrans