Rusiyada koronavirusa yoluxanların sayı 100 minə yaxınlaşır

 Rusiyada koronavirusa yoluxanların sayı 100 minə yaxınlaşır
  29 Aprel 2020    Oxunub:3381
Rusiyada son sutka ərzində 5841 nəfər koronavirusa yoluxub, ölkədə ümumi yoluxma sayı 99 min 399-a çatıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, koronavirusa yoluxma 85 regionda qeydə alınıb.

Sutka ərzində xəstəlikdən 108 nəfər ölüb, 1830 nəfər sağalıb. İndiyədək 972 nəfər pandemiyanın qurbanı olub. Virusa qalib gələn xəstələrin sayı 10 min 286-dır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti