FTX-dan xüsusi əməliyyat: Ermənilərin 300 milyonluq siqareti ələ keçirildi

   FTX-dan xüsusi əməliyyat:    Ermənilərin 300 milyonluq siqareti ələ keçirildi
  29 Aprel 2020    Oxunub:4191
Rusiyanın Federal Təhlükəsizlik Xidməti gömrük orqanları ilə birlikdə Krasnodar hava limanında siqaret qaçaqmalçılığının qarşısını alıb.
Azvision.az "News.am"a istinadən xəbər verir ki, əməliyyat zamanı Ermənistan markalı 40 ton siqaret müsadirə olunub.

300 milyon rubldan çox qiyməti olan tütün məhsullarını daşıyan təyyarə Krasnodar və Düşənbədə dayanmaqla, Ermənistandan Əfqanıstana uçurmuş.

Hazırda faktla bağlı araşdırma aparılır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Siqaret  





Xəbər lenti