Ukraynada 672 uşaq koronavirusa yoluxub

   Ukraynada 672 uşaq koronavirusa yoluxub
  29 Aprel 2020    Oxunub:2869
Ukraynada son sutka ərzində 456 nəfər koronavirusa yoluxub, bununla da ölkədə ümumi yoluxma sayı 9866-a çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Maksim Stepanov bildirib. Onun sözlərinə görə, daha 11 xəstə dünyasını dəyişib.

"Ötən sutka ərzində virusa yoluxan 456 nəfərin 33-ü uşaq, 133 nəfəri tibb işçisidir", - deyə Stepanov əlavə edib.

O bildirib ki, koronavirusa yoluxanların 672-si uşaq, 1976 nəfəri tibb işçisidir. İndiyə kimi 1103 nəfər sağalıb, 250 xəstə ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna   Koronavirus  





Xəbər lenti