İtaliyada koronavirusa yoluxma sayı 200 mini keçdi

İtaliyada koronavirusa yoluxma sayı 200 mini keçdi
  29 Aprel 2020    Oxunub:3366
İtaliyada son sutka ərzində 2091 nəfərdə koronavirus aşkarlanıb, 382 xəstə dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Bununla da İtaliyada virusa yoluxma sayı ümumilikdə 201 min 505, pandemiya qurbanlarının sayı isə 27 min 359 nəfərə çatıb. İndiyədək 68 min 941 koronavirus xəstəsi sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: İtaliya   Koronavirus  





Xəbər lenti