İranda dəhşətli qəza: 12 nəfər öldü, yaralılar var

 İranda dəhşətli qəza:  12 nəfər öldü, yaralılar var
  28 Aprel 2020    Oxunub:2649
İranın şərqində yük avtomobili ilə sərnişin avtobusunun toqquşması nəticəsində 12 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə "Tasmin" agentliyi məlumat yayıb.

Cənubi Xorasan əyalətinin yol polisinin rəisi, polkovnik Rəzai bildirib ki, hadisə nəticəsində 12 nəfər ölüb, 7 nəfər yaralanıb. Yaralılar helikopterlə xəstəxanaya çatdırılıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   qəza  





Xəbər lenti