Ukrayna Leninin heykəllərinə `genosid` elan edib?

Ukrayna Leninin heykəllərinə `genosid` elan edib?
  05 Yanvar 2014    Oxunub:1344
Ukraynada Leninin daha bir heykəli aşdı.
Vladimir İliç Leninin Odessa vilayətindəki (Ukrayna) heykəli aşıb və bir neçə hissəyə parçalanıb. AzVision.az Ukrayna mətbuatına istinadən bildirir ki, proletariatın dahi rəhbərinin abidəsinə heç bir hücum olmayıb, onu kimsə zədələməyib. Abidə sadəcə olaraq “qocalaraq” aşıb və yıxılıb.

Yerli milis fakt üzrə araşdırma apararaq abidənin dağıdılmadığı qənaətinə gəlib. Gips qarışığından düzəldilmiş abidə yerə çırpılandan sonra üç iri hissəyə parçalanıb. Odessa vilayətinin Nikolayevsk rayonundakı bu abidə yanvarın 4-də aşıb.

Maraqlıdır ki, Leninin Ukraynanın Kotovsk şəhərindəki heykəli bundan azca əvvəl -dekabrın 9-da gecə dağıdılmışdı. Naməlum şəxslər abidəni postamentdən yerə salmış və bir neçə hissəyə parçalamışdılar. Bundan bir gün əvvəl - dekabrın 8-də, Avropaya inteqrasiya tərəfdarlarının mitinqlərinin ən gur çağlarında isə Leninin Kiyevin Bessarabski meydanındakı abidəsi aşırılıb dağıdılmışdı. Bunlarla bərabər qeyd olunmalıdır ki, Ukrayna milisi Leninin heykəllərinin uçurulub-dağıdılması ilə bağlı heç bir cinayət işi açmayıb və heç kimi saxlamayıb.

Virtualaz.org


Teqlər:  





Xəbər lenti