1,5 milyon dollarlıq heroin - VİDEO

1,5 milyon dollarlıq heroin - VİDEO
  05 Yanvar 2014    Oxunub:1157
Moskvada 1,5 milyon dollar dəyərində narkotik tutuldu.
Moskvada təxminən 45 kiloqram Əfqanıstan heroini daşıyan 30 yaşlı kişi saxlanılıb. AzVision.az LifeNews-a istinadən xəbər verir ki, polislər saxlanılan maşının pəncərəsinin işləməməsindən şübhələnib, maşının qapısın sökəndə isə içindən nə az, nə çox düz 1,5 milyon dollarlıq heroin çıxıb.

Narkopolisin fikrincə, saxlanılan yük, Əfqanıstandan narkotik maddələrin daşınması ilə məşğul olan iri cinayətkar dəstəyə məxsusdur. Şübhəli şəxsə qarşı ittiham irəli sürülüb və o, həbs olunub. Cinayətkar dəstənin digər üzvləri də axtarılır.

Qeyd edək ki, bu, son bir neçə ay ərzində Moskvada ələ keçirilmiş üçüncü belə iri narkotik maddə partiyasıdır. Belə ki, 2013-cu il dekabrın əvvəlində 32 kiloqram, noyabrda isə 18 kiloqram heroin ələ keçirilib.




Teqlər:





Xəbər lenti