Gülən Ərdoğanı təkzib etdi

Gülən Ərdoğanı təkzib etdi
  05 Yanvar 2014    Oxunub:1101
Fətullah Gülən Ərdoğana məktub yazmasının yalan olduğunu açıqladı.
Baş nazir Ərdoğanın jurnalistlərə "Gülən camaatı"ndan barışıq məktubu alması açıqlaması ilə bağlı Fətullah Gülənin cavabı gecikməyib. AzVision.az Publika.az-a istinadən xəbər verir ki, Gülənə yaxınlığı ilə bilinən Türkiyə Jurnalistlər və Yazıçılar Dərnəyi məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada "Xoca əfəndi tərəfindən göndərilən məktub hörmətli cənab baş nazir Ərdoğana xitab olaraq yazılmadığı kimi, məzmununda da heç bir "bazarlıq" yoxdur" deyə bildirilir.

"Baş nazir Rəcəb Tayyib Ərdoğanın "Dolmabaxça"da bir qisim mətbuat mənsubu və qeyri-hökumət təşkilatları ilə bir araya gəldiyi yığıncaqda bir məktubdan söz edilmiş və bəzi jurnalistlər tərəfindən ictimaiyyətə bu məktub üzərindən yalnış məlumat verilib. Səhv bir məlumata görə mediada səhv məlumatların yayılmasını üzüntü ilə qarşıladıq. Ehtimal ki, hörmətli Baş nazirin sözləri tam anlaşılmadığından səhv başa düşülüb.

"Məsələnin əsli budur: Dərnəyimizin fəxri prezidenti Fəthullah Gülən xoca əfəndi, hörmətli bir dövlət böyüyümüzün göndərdiyi qiymətli bir insanla görüşmüş, görüşdən sonra bir məktub yazaraq cavab verib" - deyə açıqlamada bildirilir.


Teqlər:





Xəbər lenti