İraqda bir gündə 100-dən çox adam öldürülüb
Silahlı toqquşmaların mərkəzi Fəlluca və Ramadi şəhərləridir.
Yerli hakimiyyətin verdiyi məlumata görə, toqquşmalarda 30-dan çox dinc sakin, «İraq İslam Dövləti» adlı hərbi birləşmənin 70-ə yaxın döyüşçüsü ölüb.
Polisin itkiləri barədə məlumat verilmir.
Yanvarın 2-də sünnilər «əl-Qaidə» ilə bağlılığı olan islamçıların köməyi ilə Fəlluca və Ramadi şəhərlərinin böyük bir hissəsini ələ keçiriblər. Məhəllələri üsyançılardan azad etmək üçün hərəkətə keçən ordu güclü müqavimətlə üzləşib.
Qarşıdurma dekabrın 30-da - polis hakimiyyətdə şiələrin üstünlüyünə etiraz edən sünniləri çadır şəhərciyindən qovandan sonra başlayıb.
Teqlər: