İraq polisi `Əl-Qaidə` döyüşçülərini mühasirəyə alıb

İraq polisi `Əl-Qaidə` döyüşçülərini mühasirəyə alıb
  03 Yanvar 2014    Oxunub:1174
İraq polisi Bağdadın şimalında "Əl-Qaidə" döyüşçülərini mühasirəyə alıb.
AzVision.az İTAR-TASS-a istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyindən bildirilib ki, intensiv atışma davam edir.

Polisin məlumatına görə, radikallar iki avtomobillə Bağdadın şimalındakı Ət-Tarmiya rayonunda təhlükəsizlik qüvvələrinin mənzil-qərargahına hücum ediblər.

Onlar binanın mühafizəçilərinə atəş açıblar. Lakin polis döyüşçülərin binaya girməsinin qarşısını alıb. Köməyə gəlmiş DİN bölmələri ekstremistləri mühasirəyə alıb.


Teqlər:





Xəbər lenti