Rusiyanın SSRİ-dən 7 mühüm fərqi – Forbes

Rusiyanın SSRİ-dən 7 mühüm fərqi – Forbes
  03 Yanvar 2014    Oxunub:1161
Vladimir Putini “2013-ilin adamı” elan edən nüfuzlu “Forbes” jurnalı Rusiyanı SSRİ ilə müqayisə etməyin əleyhinə çıxış edib. Bu nəşr hesab edir ki, ən azı 7 təməl fərq var ki, onları nəzərə almamaq olmaz.

1. Keçmiş sovet respublikalarının bəziləri artıq NATO və AB üzvləridir. Aydındır ki, Rusiya nəinki satellit dövlətlərdən, həmçinin, SSRİ-nin ayrılmaz tərkib hissəsi olmuş bir neçə respublikadan da məhrum olub.

2. Keçmiş SSRİ-dən fərqli olaraq, Rusiya Federasiyası daha çox ruslarındır. Qərb təmsilçiləri “rus” və “sovet” sözlərini sinonim kimi işlətməyə vərdiş eləmişdilər. Ancaq əslində belə deyildi. 80-ci illərin sonlarında ruslar SSRİ əhalisinin 50 faizini təşkil edirdilər. Hazırda isə Rusiya əhalisinin 80 faizi ruslardan ibarətdir.

3. Rusiyanın heç bir partiyası Sov.İKP kimi hakimiyyət monopoliyasına malik deyil. Düzdür, hakim “Vahid Rusiya” Partiyasının təsiri əhəmiyyətlidir. Ancaq bu qurum kompartiya ilə müqayisəyə gəlmir.

4. Rusiyada hərbi diktatura yoxdur. Keçmiş SSRİ isə tarixdə ən hərbiləşdirilmiş cəmiyyətlərdən biri idi və ÜDM-nin 20-30 faizini silahlanmaya yönəldidrdi. İndi Rusiya üçün bu rəqəm cəmisi 4-5 faizdir.

5. Rusiyanın sərbəst dönərli pul vahidi var. Bu gün o, açıq-aşkar zəif olsa da, insanlar onu sərbəst şəkildə dəyişə bilərlər. Sovet rublu üçün bu, çox problematik idi.

6. Rusiyada əsasən azad bazar iqtisadiyyatı mövcuddur. Tam təşəkkül tapmasa da, o, sovet iqtisadiyyatının çatışmazlıqlarından – dövlət subsidiyalarından dolayı inkişafdakı kənaraçıxmalardan və dövlətin aşkar diktatından əziyyət çəkmir. İstehlak mallarının qiyməti, əmək bazarı liberallaşdırılıb və iqtisadiyyatın mühüm bir hissəsi azad bazar prinsiplərinə söykənir.

7. Rusiyanın sərhədləri açıqdır. “Dəmir pərdə”, insanların sərbəst hərəkəti önündə sərt maneə yoxdur. Bu gün minlərlə rusiyalı hər il heç bir problemsiz öz ölkəsini tərk edir – sadəcə, viza alıb təyyarəyə oturmaq lazımdır.

Musavat.com


Teqlər:





Xəbər lenti