Rumıniya Moldovanı rumın torpaqları elan etdi

Rumıniya Moldovanı rumın torpaqları elan etdi
  03 Yanvar 2014    Oxunub:1085
“2014-cü ildə Rumıniya açıq və səmimi şəkildə bəyan edəcək ki, Moldova rumın torpaqlarıdır”. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Rumıniya prezidenti Trayan Besesku öz xalqına yeni il müraciətində deyib.

Onun fikrincə, belə bir ideya təkcə siyasətçilər üçün deyil, iki ölkənin vətəndaşları üçün də maraqlı olacaq.

Ötən ilin sonunda T.Besesku Rumıniya və Moldovanın vahid dövlətdə birləşməli olduğunu demişdi. Bunu o, Avropa Birliyi və NATO-ya üzvlükdən sonra Rumıniyanın layihələrindən biri adlandırmışdı.

Rumıniya artıq hər iki nüfuzlu təşkilatın üzvüdür.


Teqlər:  





Xəbər lenti