Cənubi Sudanda qiyamçılarla razılığa gəlindi - VİDEO
AzVision.az “Euronews” telekanalına istinadla xəbər verir ki, artıq münaqişə tərəflərinin nümayəndə heyətləri Həbəşistanın paytaxtı Əddis-Əbəbədə sülh danışıqlarına başlayıblar. BMT Baş katibinin Cənubi Sudandakı xüsusi nümayəndəsi Xild Yonson danışıqların vacibliyini qeyd edərək, bunu zorakılığın qarşısının alınması, ölkənin xilası üçün yeganə çıxış yolu kimi dəyərləndirib.
BMT ekspertləri bildirirlər ki, əhaliyə tibbi yardım göstərilməsi, sanitariya problemlərinin həlli, ərzaq təminatı və qaçqın düşərgələri yaradılması üçün Cənubi Sudana 160 milyon dollardan çox vəsait lazımdır.
Qeyd edək ki, bu ölkədə silahlı toqquşmalar dekabrın 16-da başlayıb.