Bərzani Çaldıran döyüşündən danışdı

Bərzani Çaldıran döyüşündən danışdı
  02 Yanvar 2014    Oxunub:1144
AzVision.az musavat.com-a istinadən xəbər verir ki, İraq Kürdüstan Regional Rəhbərliyinin başçısı Məsud Bərzani öz Yeni il mesajında kürdlərin qanuni mübarizə əsasında torpaqlarına qovuşmasını istəyərək, 1514-cü ildə Osmanlı imperiyası ilə Səfəvilər dövləti arasında baş verən Çaldıran döyüşündən bəhs edib. Çaldıran döyüşünün 500-cü ildönümünü xatırladan Bərzani deyib ki, bu yeni il eyni zamanda Kürdüstan torpaqlarının parçalanmasının ildönümüdür.

Bərzani Türkiyə , İran , İraq və Suriyada, eləcə də dünya üzərində yaşayan kürdlərə xitab edərək deyib ki, yeni ilin kürdlərin hüquqlarının və torpaqlarının verildiyi il olmasını istəyir.

O, deyib ki, bu il Kürdüstan torpaqlarını parçalayan Çaldıran döyüşünün 500-cü ildönümü olacaq.

Bərzani iddia edib ki, Səfəvi dövlətinin başçısı Şah İsmayılla Osmanlı sultanı Yavuz Səlim arasında 500 il əvvəl baş verən döyüş kürdlərin dövlətçiliyinin əldən getməsinə səbəb olub.

Bərzani deyib: "2014-ci ilin kürdlərin qanuni mübarizəsinin irəlilədiyi bir il olmasını ümid edirəm. Ümid edirəm ki, Suriyanın Rojava bölgəsindəki xalqımızın da ağrıları sona çatar və hüquqlarına qovuşarlar".


Teqlər:





Xəbər lenti