Kanada Qran-Prisi təxirə salınıb

Kanada Qran-Prisi təxirə salınıb
  08 Aprel 2020    Oxunub:2507
Formula 1 Kanada Qran-Prisi koronavirus pandemiyasına görə qeyri-müəyyən vaxta təxirə salınıb.
Azvision.az xəbər verir ki, təşkilatçılar iyunun 14-də keçirilməsi nəzərdə tutulan yürüşə hazırlıq işlərinin görülməsi üçün yetərincə zamanın olmadığını diqqətə çatdırıblar.

Qeyd edək ki, koronavirus pandemiyasına görə Formula 1 üzrə dünya çempionatının Avstraliya və Monako Qran-priləri ləğv olunub. Vyetnam, Bəhreyn, Çin, Niderland, İspaniya və Azərbaycan mərhələləri isə təxirə salınıb.

Azvision.az



Teqlər: Formula  





Xəbər lenti