Mərkəzi Bank bankları mükafatlandırdı - SİYAHI

Mərkəzi Bank bankları mükafatlandırdı -  SİYAHI
  07 Aprel 2020    Oxunub:2134
2013-cü ildən başlayaraq Mərkəzi Bank Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə rəqəmsal ödənişlərin genişləndirilməsi, innovativ ödəniş həllərinin tətbiqi, elektron bankçılığın inkişafı istiqamətlərində müxtəlif nominasiyalar üzrə illik əsasda müsabiqə təşkil edir və müsabiqə çərçivəsində fərqlənmiş bankların mükafatlandırılması həyata keçirilir.
Azvision.az xəbər verir ki, 2019-cu ildə Mərkəzi Bank tərəfindən elan edilmiş 6 nominasiya üzrə aşağıdakı banklar müsabiqə qalibi olublar.

“POS-terminallarda nağdsız ödənişlər üzrə lider bank” – “Premium Bank” ASC;

“Təmassız ödənişlər üzrə lider bank” – “Expressbank” ASC;

“İnternet bankçılıq xidməti üzrə lider bank” – “Paşa Bank” ASC;

“Mobil bankçılıq xidməti üzrə lider bank” – “Kapital Bank” ASC;

“Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” – “Paşa Bank” ASC;

“Elektron ticarət üzrə ödənişlərin qəbulunda lider bank” – “Unibank KB” ASC.

"Mərkəzi Bank qalib bankları təbrik edir və bütün bankları COVİD-19 pandemiyası dövründə zəruriliyi daha da aktuallaşan elektron bankçılığın genişləndirilməsi, müştəri əməliyyatları üzrə kağız daşıyıcıların minimallaşdırılması, təmassız texnologiyaların tətbiqinin artırılması istiqamətində fəaliyyətlərində daha aktiv olmağa çağırır".

Azvision.az



Teqlər: Bank   Müsabiqə  





Xəbər lenti