Magistrantlar üçün dərslər distanta keçdi

Magistrantlar üçün dərslər distanta keçdi
  06 Aprel 2020    Oxunub:2560
AMEA prezidentinin akademiya magistrantları üçün distant tədrisin təşkili barədə müvafiq sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə İnformasiya Texnologiyaları İnstitutunda da martın 29-dan etibarən magistrantlar üçün dərslər distant qaydada tədris olunur.
İnstitutdan Azvision.az -a verilən məlumata görə, birinci kurs magistrantları üçün dərslər müvafiq cədvələ uyğun olaraq onlayn formada həyata keçirilir. İkinci kurs magistrantları isə elmi rəhbərlərin iştirakı ilə distant olaraq elmi-pedaqoji təcrübə keçirlər.

Qeyd edək ki, institutun magistraturasında ümumilikdə 3 ixtisas (kompüter elmləri, kompüter mühəndisliyi və informasiya texnologiyaları və sistemləri mühəndisliyi) üzrə birinci kursda 8 nəfər, ikinci kursda isə 7 nəfər təhsil alır.

Azvision.az



Teqlər: Elm   AMEA  





Xəbər lenti