Güləşçimiz Olimpiya reytinq siyahısında ikinci oldu

Güləşçimiz Olimpiya reytinq siyahısında ikinci oldu
  05 Aprel 2020    Oxunub:2484
Dünya Güləş Birliyi qadın güləşçilərin yeni Olimpiya reytinq siyahısını açıqlayıb.
Azvision.az-ın məlumatına görə, reytinq siyahısının ilk onluğunda bir güləşçimiz yer alıb. Belə ki, ikiqat dünya çempionu Mariya Stadnik (50 kq) 60 xalla ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınan "Tokio-2020" Yay Olimpiya Oyunlarına qadın güləşçilərimizdən yalnız M.Stadnik lisenziya qazanıb.

Azvision.az



Teqlər: MariyaStadnik  





Xəbər lenti