Türkiyə sərhədində insident yaşanıb

 Türkiyə sərhədində insident yaşanıb
  31 Dekabr 2013    Oxunub:1023
Türkiyənin sərhədyanı Yeşilova kəndində yerli sakinlərlə hərbçilər arasında gərginlik yaşanıb.
10 gün əvvəl İraq sərhədindəki yaxınları ilə görüşməyə buraxılmamalarına etiraz edən kənd sakinləri uzun müddət kəndin maşın yolunu bağlayıb.

10 gün boyunca kənddə davam edən gərginlikdən sonra bugün ərazidə insident baş verib. Xəbərdarlıqlara məhəl qoymayan sakinlər maşın yolunu açmadığına görə hərbçilər müdaxilə etməyə məcbur olub.

Göz yaşardıcı qaz balonlarının buraxılmasından sonra 3 kənd sakini yaralanıb. Yaralılar Yüksəkova Dövlət Xəstəxanasına yerləşdirilib. Kəndə vəziyyətin gərgin olaraq qaldığı bildirilir.


Teqlər:





Xəbər lenti