Volqoqradda nəqliyyata minməyə qorxurlar - VİDEO
AzVision.az İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, 12 nəfər hadisə yerində həlak olub, 2 nəfər xəstəxanaya aparılarkən yolda keçinib, daha 1 nəfər isə xəstəxanada ölüb. Beləliklə, şəhərdə son bir sutka ərzində törədilən iki terror aktında 32 nəfər həlak olub, 70 nəfər yaralanıb.
İnterfaks agentliyinin yaydığı xəbərə görə, trolleybusda partladılmış bombanın gücü azı 4 kiloqram trotil ekvivalentinə bərabər olub. Partlayışın təsirindən yaxınlıqda yerləşən binaların pəncərə şüşələri qırılıb. Hazırda şəhər sakinləri ictimai nəqliyyata minməkdən çəkinir.
Qeyd edək ki, bazar günü Volqoqradın mərkəzi dəmir yolu vağzalında törədilən terror aktı nəticəsində isə 17 nəfər həlak olub.
Hər iki partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi bildirilir.