“Azərkosmos” 22 ölkəyə xidmət ixrac edib

“Azərkosmos” 22 ölkəyə xidmət ixrac edib
  03 Aprel 2020    Oxunub:2428
Yanvar-fevral aylarında “Azərkosmos” ASC tərəfindən 22 ölkəyə 8,4 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
Azvision.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayına istinadən xəbər verir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib.

“Azərkosmos” ASC-nin iki ayda xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, Birləşmiş Ərəb Əmirlikləri və Almaniya olub.

Azvision.az



Teqlər: Azərkosmos  





Xəbər lenti