DİM: İmtahan nəticələri 10 günə açıqlanacaq

 DİM:  İmtahan nəticələri 10 günə açıqlanacaq
  02 Aprel 2020    Oxunub:2520
Martın 1-də keçirilən buraxılış imtahanının nəticələrinin 10 gün ərzində elan olunması gözlənilir.
Bu barədə Azvision.az -a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, 2020-ci il martın 1-də Bakı, Şirvan və Naxçıvan MR-nın ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan şagirdlər üçün keçirilmiş buraxılış imtahanının birinci mərhələsinin nəticələrinin xüsusi proqram vasitəsilə onlayn yoxlanılma prosesi də davam edir. İmtahan nəticələrinin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur.

Azvision.az



Teqlər: DİM   İmtahan  





Xəbər lenti