Azərbaycanın qızıl ixracı artıb

Azərbaycanın qızıl ixracı artıb
  02 Aprel 2020    Oxunub:1825
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 27,3 mln. ABŞ dolları dəyərində qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda) ixrac edib ki, bu da 2019-cu ilin müvafiq göstəricisi ilə müqayisədə 35,1% çoxdur.
Azvision.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda bildirilib.

Hesabata əsasən, 2019-cu ilin yanvar-fevralında Azərbaycan 20,2 mln. dollar dəyərində qızıl ixrac edib.

Qeyd edək ki, ötən il Azərbaycan 172,4 mln. dollar dəyərində qızıl ixrac edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 46,1% çoxdur.

Azvision.az


Teqlər: Qızıl   İxrac  





Xəbər lenti