İqtisadiyyat Nazirliyi koronavirusla mübarizəyə ianə ayırdı

İqtisadiyyat Nazirliyi koronavirusla mübarizəyə ianə ayırdı
  31 Mart 2020    Oxunub:5141
İqtisadiyyat Nazirliyi ölkəmizdə koronavirus pandemiyasına (COVİD-19) qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1,2 milyon manat vəsait köçürüb.
Nazirliyin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, İqtisadiyyat Nazirliyinin və qurumlarının əməkdaşları bu sosial təşəbbüsü əmək haqqı və könüllü ianələri hesabına dəstəkləyiblər.

Sosial aksiyaya Nazirliyin aparatı və regional bölmələri, Nazirlik yanında Dövlət Vergi, Əmlak Məsələləri, Antiinhisar və İstehlak Bazarına Nəzarət dövlət xidmətləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Sumqayıt Kimya Sənaye Parkı” MMC, “Təmiz Şəhər” ASC, Sahibkarlığın İnkişafı Fondu, AZPROMO və s. qurumları qoşulublar.

Azvision.az



Teqlər: Koronavirus   Fond   İanə  





Xəbər lenti