Jirinovskidən qəribə antiterror təklifi

Jirinovskidən qəribə antiterror təklifi
  30 Dekabr 2013    Oxunub:1165
Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski ölkənin bütün cənub bölgəsinin total dinlənilməsini təklif edib. AzVision.az xəbər verir ki, bu barədə Jirinovski “Rusiya Xəbər Xidməti”nin efirində danışıb.
Volqoqraddakı terror aktlarına toxunan siyasətçi Şimali Qafqazın və ətraf bölgələrin Rusiya üçün risk zonası olduğunu bildirərək, bu ərazidə yaşayanların telefon danışıqlarının dinlənilməsini təklif edib: “Milli Antiterror Komitəsi risk zonasında daim vətəndaşları dinləməlidir. Şimali Qafqaz, Volqoqrad, Həştərxan, Stavropol və Krasnodar bölgələri daimi nəzarətə götürülməlidir”.

Jirinovskinin sözlərinə görə, ölkənin cənubunda vətəndaşların dinlənilməsi daimi əsasda olmalıdır: “Qanunda bütün telefonların dinlənilməsi və poçtların yoxlanılması barədə norma var. Bu normanı yalnız əməliyyat aparılan müddətdə deyil, daimi əsasda tətbiq etmək lazımdır”.

Xatırladaq ki, Rusiyanın Volqoqrad şəhərində bir gün intervalla baş verən iki ayrı partlayışda ümumilikdə 32 nəfər həlak olub, onlarla insan xəsarət alıb.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti