Mərkəzi Bank hərracın nəticələrini açıqladı

  30 Mart 2020    Oxunub : 1742
Mərkəzi Bank hərracın nəticələrini açıqladı
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.
AMB-dən Azvision.az -a verilən məlumata görə, martin 30-da Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 189 mln. manat, hərracın nəticəsində bağlanılan depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,96% təşkil edib.

Nəticədə hərrac zamanı AMB 200 mln. manat vəsait cəlb edib.

Azvision.az


Teqlər: Bank   Hərrac