Onlayn sınaq imtahanları pulsuz olacaq - SİYAHI

  29 Mart 2020    Oxunub : 3283
 Onlayn sınaq imtahanları pulsuz olacaq - SİYAHI
Dövlət İmtahan Mərkəzi (DİM) ölkədə karantin rejimini nəzərə alaraq abituriyent və buraxılış sinif şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9-cu və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanlarını (Azərbaycan və rus bölməsi) 2020-ci il iyul ayınadək ödənişsiz keçirməyə qərar verib.
Azvision.az DİM-ə istinadən ödənişsiz sınaq imtahanlarının siyahısını təqdim edir:

• IX sinif Buraxılış 2020 (I və II mərhələ) (№1)
• IX sinif Buraxılış 2020 (I və II mərhələ) (№2)
• Азербайджанский язык для русского сектора (IX класс Выпускной) 2020 (№1)
• Азербайджанский язык для русского сектора (XI класс Выпускной) 2020 (№1)
• Азербайджанский язык для русского сектора (IX класс Выпускной) 2020 (№2)
• Азербайджанский язык для русского сектора (XI класс Выпускной) 2020 (№2)
• IX sinif Buraxılış 2020 (I və II mərhələ), №2 (Tədrisi ingilis dilində olan məktəblər üçün)
• XI sinif Buraxılış 2020, qəbul imtahanı I mərhələ, №2 (Tədrisi ingilis dilində olan məktəblər üçün)
• XI sinif Buraxılış 2019, qəbul imtahanı I mərhələ, №3
• XI sinif Buraxılış 2019, qəbul imtahanı I mərhələ, №2
• XI sinif Buraxılış 2019, qəbul imtahanı I mərhələ, №2 (Tədrisi ingilis dilində olan məktəblər üçün)
• IX sinif Buraxılış 2019 (I və II mərhələ) (№1)
• Азербайджанский язык для русского сектора (XI класс Выпускной) 2019 (№2)
• 2020-ci il sınaq imtahanı, II mərhələ, №1
• 2019-cu il sınaq imtahanı, II mərhələ, №5
• 2019-cu il sınaq imtahanı, II mərhələ, №4
• 2019-cu il sınaq imtahanı, II mərhələ, №3
• 2019-cu il sınaq imtahanı, II mərhələ, №2
• 2019-cu il sınaq imtahanı, II mərhələ, №1
• 2019-cu il sınaq imtahanı, II mərhələ
• 2018-ci il sınaq imtahanı (№4)
• 2018-ci il sınaq imtahanı (№2)
• 2018-ci il sınaq imtahanı (№1)
• 2018-ci il qəbul imtahanı (May)
• Abituriyent №1 2018 (sınaq imtahanı)
• 2017-ci il qəbul imtahanı (A variantı)
• 2016-cı il qəbul imtahanı (A variantı)
• 2015-ci il qəbul imtahanı (A variantı)

Qeyd olunub ki, onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib və günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər:

"Onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə edə, yenidən test tapşırıqlarına baxa, onları təhlil edə, öz cavablarınizla düzgün cavabları müqayisə edə biləcəksiniz. Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaqla bağlı qaydalarla otk.az portalında “Təlimatlar” bölməsində tanış ola bilərsiniz".

Azvision.az

Teqlər: DİM   İmtahan