BMT Volqoqrad terrorunu pislədi

BMT Volqoqrad terrorunu pislədi
  30 Dekabr 2013    Oxunub:892
BMT Təhlükəsizlik Şurası Rusiyanın Volqoqrad şəhərində terror aktını qətiyyətlə pisləyir.
AzVision.az RİA Novosti agentliyinə istinadən bu barədə Şuranın sədri, Fransanın daimi nümayəndəsi Jerar Aronun bazar günü dərc olunmuş bəyanatında bildirilir.

"BMT TŞ-nin üzvləri terror aktı qurbanlarının ailələrinə və yaralananlara, həmçinin Rusiya Federasiyası xalqına və hökumətinə başsağlığı verir", - bəyanatda deyilir.

BMT Təhlükəsizlik Şurası terror aktının törədilməsində günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib.


Teqlər:  





Xəbər lenti