ABŞ-ın neft şirkətləri hasilatı azaltmaq istəyir

  29 Mart 2020    Oxunub : 1682
 ABŞ-ın neft şirkətləri hasilatı azaltmaq istəyir
ABŞ-ın boru kəmərləri operatorları tədarükçülərdən koronavirus pandemiyası ilə əlaqədar neft hasilatını azaltmağı xahiş ediblər.
Azvision.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

ABŞ-ın ən böyük neft şirkətlərindən biri olan "Plains All American Pipeline LP" tədarükçülərinə istehsalın azaldılmasına dair məktub göndərib. Bundan əlavə, belə müraciətlər boru kəmərləri operatorlarından da gəlib.

Məlumatda vurğulanıb ki, bu cür istəklər pandemiya şəraitində tələbin azalması səbəbindən hasil olunan neftin həcminin saxlama həcmindən artıq olduğuna işarədir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Neft   ABŞ