Birinci sinfə elektron qeydiyyata start verilir

  28 Mart 2020    Oxunub : 1928
Birinci sinfə elektron qeydiyyata start verilir
Martın 29-da birinci sinfə elektron qeydiyyat prosesinə yenidən start verilir.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, elektron qeydiyyat sistemi saat 12:00-dan etibarən aktivləşəcək.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Azvision.az

Teqlər: Təhsil   Məktəb