Daha bir şirkət tibbi spirt istehsalına başladı

Daha bir şirkət tibbi spirt istehsalına başladı
  27 Mart 2020    Oxunub:3161
“Kristall Plus” QSC tibbi spirt istehsalına başlayıb. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən şirkətə bu istiqamətdə müvafiq dövlət dəstəyi göstərilib.
KOBİA-dan Azvision.az -a verilən məlumata görə, “Kristall Plus” QSC-nin istehsalı olan tibbi spirt müxtəlif ölçülərdə qablaşdırılıb və artıq satışdadır. Müəssisə gündə 20 min litr tibbi spirt istehsal etmək gücünə malikdir. İstehsal yerli xammala əsaslanır.

Koronavirus pandemiyası ilə bağlı əhalinin tibbi spirtə artan təlabatının daha dolğun ödənilməsi üçün bir sıra yerli istehsalçılar tibbi spirt istehsalına başlamaq üçün KOBİA-ya müraciət ediblər. Agentlik özəl sektorun sosial məsuliyyəti bölüşmək təşəbbüsünü yüksək qiymətləndirir və bu istiqamətdə sahibkarlıq subyektlərinə konsaltinq və hüquqi məsləhət xidmətləri, aidiyyəti dövlət qurumları ilə əlaqələndirmə və digər istiqamətlərdə dəstək göstərir.

Qeyd edək ki, 2004-cü ildən fəaliyyət göstərən "Kristall Plus” QSC tərəfindən müxtəlif növ şərablar və spirtli içkilər istehsal edilir.

Azvision.az


Teqlər: Koronavirus   Spirt  





Xəbər lenti