Dövlət büdcəsinin 2 aylıq gəlir və xərcləri

   Dövlət büdcəsinin 2 aylıq gəlir və xərcləri
  26 Mart 2020    Oxunub:1703
Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 3 milyard 613,2 milyon manat, xərcləri 3 milyard 330,2 milyon manat təşkil edib.
Azvision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, büdcənin icrasında 283 milyon manatlıq və ya ümumi daxili məhsulun 2,2 faizi qədər profisit yaranıb.

Qeyd edək ki, yanvar ayında dövlət büdcəsinin gəlirləri 1 milyard 840 milyon manat olub, büdcədən 1 milyard 403,2 milyon manat vəsait xərclənib. Büdcənin icrasında yaranmış profisit 436,8 milyon manat və ya ümumi daxili məhsulun 6,7 faizini təşkil edib.

Daxilolmaların 25,92 faizi əlavə dəyər vergisi, 24,45 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,51 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,31 faizi fiziki şəxslərin gəlir vergisi, 3,84 faizi aksizlər, 2,68 faizi sadələşdirilmiş vergi, 1,63 faizi vergilərin digər növləri, 31,66 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Büdcə vəsaitlərinin 39,93 faizi sosial müdafiə və sosial təminat, 15,43 faizi təhsil və səhiyyə, 12,42 faizi iqtisadi fəaliyyət, 11,14 faizi müdafiə və milli təhlükəsizlik, 9,43 faizi ümumi dövlət xidmətləri, 7,40 faizi məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq sahələrinin, 4,25 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

Azvision.az


Teqlər: Büdcə   Statistika  





Xəbər lenti