Azərbaycan əhalisinin gəlirləri artıb

Azərbaycan əhalisinin gəlirləri artıb
  25 Mart 2020    Oxunub:1777
Yanvar-fevral aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 8,9 faiz artaraq 8 milyard 301,5 milyon manat təşkil edib. Əhalinin hər nəfərinə orta hesabla 834 manatlıq gəlir düşüb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 7 milyard 475,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 8,3 faiz çox vəsait qalıb.

Azvision.az


Teqlər: Əhali   Gəlir  





Xəbər lenti