Rusiyada növbəti partlayış - ölənlər var

Rusiyada növbəti partlayış - ölənlər var
  29 Dekabr 2013    Oxunub:1184
Volqoqrad dəmiryolu vağzalında baş verən partlayışda 4 nəfər həlak olub, 6 nəfər isə xəsarət alıb. AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib. Partlayışın vağzalın birinci mərtəbəsində, giriş qapıları ilə turniket arasında törədildiyi də məlumatda qeyd olunub. Hadisə yeri hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb.

Partlayışın baş vermə səbəbləri araşdırılır. İlkin versiyaya görə, partlayış terror zəmində baş verib.

Xatırladaq ki, oktyabrın sonlarında Volqoqradın Krasnoarmeysk rayonunda marşrut avtobusunda baş verən partlayış zamanı 6 sərnişin və kamikadze qadın həlak olub. Məlum olub ki, teror aktını 30 yaşlı Dağıstan sakini Naidə Asiyalova törədib.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti